Çinin Quyyan şəhərində boks üzrə Dünya Kubokuna start verilib.
Azərbaycan Boks Federasiyasının məlumatına görə, ilk gündə iki idmançımız rinqə çıxıb.
50 kq çəki dərəcəsində Sübhan Mamedov hindistanlı Rişi Sinqlı 5:0 məğlub edib. Növbəti döyüşü iyunun 19-da Özbəkistan təmsilçisi ilə olacaq.
60 kq-da Məhəmmədəli Aşırəliyev polşalı Yakub Krzpeitini 3:2 hesabı ilə keçib. O, iyunun 17-də braziliyalı Luis Qabriel ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan millisi bu turnirə səkkiz boksçu ilə qatılıb.












