Bond.az White LogoBond.az Black Logo

Azərbaycan gimnastları 16 medalla qayıtdı

Azərbaycan gimnastları Bakıda keçirilən AGF Trophy beynəlxalq turnirində 16 medal qazanıb. Ətraflı məlumat Bond.az-da.

Nigar Hüseynova
Müəllif:Nigar Hüseynova- Senior Editor
|
0

Azərbaycanın idman gimnastları Bakıda keçirilən "AGF Trophy" beynəlxalq turnirini 16 medalla başa vurublar.

Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb. İdmançılar gənclər və böyüklər kateqoriyasında çıxış ediblər.

Qadınlardan Nazənin Teymurova, Dəniz Əliyeva, Aytən Məmmədova, Xədicə Abbaszadə, gənclərdən Albina Əliyeva, Leyla Məmmədzadə, Aynaz Məcidzadə, Lalə Zamanlı, kişilərdən Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, gənclərdən Miryusif Əhmədzadə, İlham Salayev, Mahir Səlimov, İsgəndər Cavadzadə, Məhəmməd Rüstəmzadə ölkəmizi təmsil ediblər.

İlk gün gənclər komanda hesabında və çoxnövçülükdə mükafatlandırılıb. Həm qadın, həm kişi komandamız bürünc qazanıb. Fərdi çoxnövçülükdə Leyla Məmmədzadə bürünc medal alıb.

İkinci gün böyüklər çoxnövçülükdə çıxış edib. Kişilərdə Rəsul Əhmədzadə qızıl, qadınlarda Xədicə Abbaszadə bürünc qazanıb.

Final mərhələsində alətlər üzrə yarışlar olub. İlham Salayev sərbəst hərəkətlərdə bürünc, Leyla Məmmədzadə dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar və sərbəst hərəkətlərdə üç bürünc qazanıb.

Böyüklərdə Rəsul Əhmədzadə at və turnikdə qızıl, Dəniz Əliyeva tullanmada qızıl, müxtəlif hündürlüklü qollarda gümüş, Nikita Simonov halqalarda qızıl, Nazənin Teymurova tirdə qızıl, Aydın Əlizadə paralel qollarda bürünc qazanıb.

Qeyd: Mayın 14-16-da Milli Gimnastika Arenasında 5 ölkədən 50-yə yaxın gimnast iştirak edib.

Digər Xəbərlər
2026-07-05 21:31
|
773

Baloq qırmızıdan qurtuldu, oynayacaq

FIFA Baloqun qırmızı kart cəzasını şərti dayandırdı, ABŞ hücumçusu Belçikaya qarşı oynaya biləcək.

0
2026-07-05 21:03
|
333

Mixail Malkin dünya kuboku seriyasının qalibi oldu

Azərbaycanlı gimnast Mixail Malkin tamblinq üzrə dünya kuboku seriyasının qalibi oldu. AGF məlumat yayıb.

0
2026-07-05 20:01
|
499

Ronaldodan milyonları kədərləndirən açıqlama

Kriştianu Ronaldu 2026-cı il dünya çempionatının son mundialı olacağını açıqlayıb. Detallar Bond.az-da.

0
2026-07-05 19:31
|
757

Azərbaycan cüdoçuları 9 medalla qayıtdı

Azərbaycan cüdoçuları Praqada keçirilən Avropa Kubokunda 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazanaraq üçüncü oldu.

0
2026-07-05 17:31
|
532

Meksikalı futbolçular Rolex saatlarını qaytardı

Meksika milli futbol komandasının üzvləri amerikalı videobloqer tərəfindən hədiyyə edilən Rolex saatlarını geri qaytarıb.

0
2026-07-05 17:02
|
765

Messi 2026 Qızıl top favoriti

Lionel Messi 2026 Qızıl top mükafatının əsas favoriti seçildi. Argentina ulduzu Avropadan kənarda da bu mükafatı qazana bilər.

0
2026-07-05 17:01
|
434

Baccio, itirilən kubok və əbədi sual

Roberto Baccio, İtaliya futbolunun simvolu, 1994 Dünya Kuboku finalında penalti qaçıraraq tarixin ən kədərli anlarından birini yaşadı. Hekayəni oxuyun.

0
2026-07-05 16:31
|
853

Lekler Formula 1 Britaniya QP qalibi

Şarl Lekler Formula 1 üzrə Britaniya Qran-prisinin qalibi olub. Yarışın nəticələri və növbəti mərhələ haqqında məlumat.

0
2026-07-05 15:02
|
760

Qarabağ Borussiya Dortmund sabiq futbolçusunu transfer etdi

Qarabağ Borussiya Dortmundun sabiq futbolçusu Cebrail Makreçkisi transfer etdi. 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalandı.

0
2026-07-05 14:31
|
377

Zirə Kris Diqbeunu heyətinə qatdı

Zirə klubu Kot-d'İvuarlı yarımmüdafiəçi Kris Diqbeunu 4 illik müqavilə ilə heyətinə qatdı.

0
2026-07-05 14:01
|
748

Yeni güləş zalları istifadəyə verildi

Azərbaycanda Qazax və Mingəçevirdə yeni güləş zalları istifadəyə verilib, gənclər idmana cəlb olunur.

0
2026-07-05 13:00
|
835

ABŞ mundialda 600+ dron müsadirə etdi

ABŞ xüsusi xidmət orqanları dünya çempionatı zamanı 600-dən çox dron müsadirə edib. FTB məlumatı.

0
...
Azərbaycan gimnastları 16 medalla qayıtdı | Bond.az