Azərbaycan Güləş Federasiyası sərbəst güləş üzrə aşağı yaş qruplarının milli komandalarında yeni məşqçi təyinatları həyata keçirib.
Böyüklərdən ibarət milli komandaya Arif Abdullayev cəlb edilib. U-20 komandasının baş məşqçisi Əşrəf Əliyev olub, Rövşən Hacıyev, Nazim Əlicanov və Əsgərxan Novruzov isə köməkçi məşqçi təyin edilib.
U-17 komandasına baş məşqçi Hacı Əliyev, köməkçilər isə Qırxlar Bədəlov, Allahverdi Vəliyev və Yaşar Əliyev olacaq. U-15 komandasına isə baş məşqçi Emin Əzizov təyin olunub, Elşad Allahverdiyev və Əliabbas Rzazadə isə köməkçi məşqçi kimi fəaliyyət göstərəcək. Abil İbrahimov məşvərətçi məşqçi olaraq komandaya dəstək verəcək.












