Gənclər və İdman Nazirliyi 2026-cı ilin iyul ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəlini açıqlayıb.
Yunan-roma güləşçisi Həsrət Cəfərov (480 xal) birinci yerdə qalıb.
Sərbəst güləşdə Giorgi Meşvildişvili (460 xal) ikinci, Arseniy Djioyev (420 xal) üçüncüdür.
İlk onluqda boksçu Səidcəmşid Cəfərov (400 xal), yunan-roma güləşçiləri Murad Əhmədiyev (330 xal) və Ülvü Qənizadə (300 xal), sərbəst güləşçi Nurəddin Novruzov (270 xal), taekvondoçu Qaşim Maqomedov (270 xal), cüdoçu Hidayət Heydərov (270 xal) və sərbəst güləşçi İslam Bazarqanov (265 xal) yer alıb.












