Azərbaycan yığması FIFA-nın son reytinq cədvəlində iki pillə geriləyib. Komandamız 1132.00 xalla 126-cı yerdə qərarlaşıb.
Ay ərzində keçirdiyi yoldaşlıq görüşlərində Malta və San Marino ilə qarşılaşan yığmamız, Maltaya 0:2 məğlub olub, San Marinonu isə 2:1 hesabı ilə məğlub edib.
FIFA reytinqinin zirvəsində Argentina qalmaqdadır. İspaniya ikinci, Fransa isə üçüncü sıradadır.












