Azərbaycan millisi bu gün San-Marino ilə üz-üzə gəlir. Komanda Avstriyada təlim-məşq toplanışını davam etdirir.
Baş məşqçi Ayxan Abbasovun yetirmələri bu dəfə San-Marino yığması ilə qüvvəsini sınayacaq. Görüş Macarıstanın Sombatxey şəhərindəki Haladaş stadionunda keçiriləcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçı macarıstanlı hakim Marton Ruşa idarə edəcək.
Xatırladaq ki, millimiz ilk yoldaşlıq oyununda Maltaya 0:2 hesabı ilə uduzmuşdu.












