Azərbaycan stolüstü tennisçiləri Daşkənddə keçirilən "WTT Youth Contender" turnirini üç mükafatla başa vurublar.
Bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.
Yarışın son günündə U-15 yaş qrupunda mübarizə aparan Onur Quluzadə bütün rəqiblərini üstələyərək finala yüksəlib. Yalnız həlledici oyunda məğlubiyyətlə üzləşən seçmə komandanın üzvü ikinci yerlə kifayətlənib.
Cəfər Almədədli isə U-11 yaş qrupunda bürünc mükafata layiq görülüb.
Xatırladaq ki, yarışın ilk günündə mübarizəyə qatılan Mehin Mirzəbalayeva 13 yaşadək idmançılar arasında üçüncü yeri tutmuşdu.












