İspaniya nəhəngi "Barselona" və polşalı hücumçu Robert Levandovski arasında yeni müqavilə danışıqları dayandırılıb.
Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, danışıqlar tamamilə dayanıb və futbolçunun yayda klubdan ayrılması qaçılmazdır.
Romano qeyd edib ki, Levandovski azad agent kimi ayrıla bilər. Ona Səudiyyə Ərəbistanı, ABŞ və İtaliya klubları maraq göstərir, lakin transfer çox bahalı olacaq.
34 yaşlı ulduz 2022-ci ildən "Barselona"da çıxış edir. Müqaviləsi iyunun sonunda başa çatır.












