Münhenin "Bavariya" futbol klubu XXI əsrdə Avropanın TOP-5 liqasında bir mövsümdə vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.
Opta məlumatına görə, Bavariya Bundesliqanın son turunda Kölnü 5:1 məğlub edərək 34 turda qol sayını 122-yə çatdırıb.
Avropanın TOP-5 liqasına İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa çempionatları daxildir.
Əvvəlki rekord 2011/2012 mövsümündə Real Madridə məxsus idi: 38 oyunda 121 qol.
Ümumilikdə ən yüksək nəticə 1947/1948 mövsümündə 40 oyunda 125 qol vuran Torino klubuna məxsusdur.












