Almaniya Kubokunun finalında "Bavariya" və "Ştutqart" üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, Münhen təmsilçisi 3:0 hesabı ilə qələbə qazanıb.
Matç Berlinin "Olimpiya" stadionunda keçirilib.
Hakim Bremenli Sven Yablonski olub.
55-ci dəqiqədə Harri Keyn hesabı açıb, 80-ci dəqiqədə dubla imza atıb. 90+2-də penaltini dəqiq yeritərək het-trik edib.












