Portuqaliyanın "Benfika" klubu Marku Silvanı komandanın baş məşqçisi təyin edib.
48 yaşlı mütəxəssis ikiillik müqavilə imzalayıb. Müqavilə 2028/2029 mövsümünə qədər uzadıla bilər.
Daha əvvəl "Benfika" Joze Mourinyo ilə müqaviləni ləğv etmək üçün 15 milyon avro ödəyib.
Marku Silva 2021-ci ildən "Fulhem"ə rəhbərlik edirdi.












