Turan Tovuzun gələcək planlarına daxil olmayan futbolçu Premyer Liqanın başqa klubuna keçə bilər.
Oxu.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, söhbət Xəyal Nəcəfovdan gedir. 28 yaşlı yarımmüdafiəçi Zirənin maraq dairəsindədir.
Qəsəbə təmsilçisi təcrübəli futbolçunu heyətinə qata bilər. Hələlik tərəflər arasında razılıq yoxdur, lakin baş məşqçi Rəşad Sadıqov onun çıxışını bəyənir.
Nəcəfovun Tovuz klubu ilə müqaviləsi yayda başa çatır. Baş məşqçi Kurban Berdıyevin planlarına daxil olmadığı bildirilir. Yarımmüdafiəçi böyük ehtimalla növbəti mövsüm Turan Tovuzda olmayacaq.
Nəcəfov ötən mövsüm Turan Tovuzun heyətində bütün turnirlərdə 21 oyunda forma geyinib və iki assist edib.












