"Formula-1" üzrə 9-cu mərhələ - Britaniya Qran-prisinin sprint yarışı başa çatdı.
Silverstounda "Mercedes" pilotu Kimi Antonelli birinci olaraq karyerasında ilk sprint qələbəsini qazandı.
"Ferrari"dən Lyuis Hemilton ikinci, "McLaren"dən Lando Norris isə üçüncü oldu.
Az sonra sıralanma turu keçiriləcək, əsas yarış sabah baş tutacaq.












