Bond.az White LogoBond.az Black Logo

Cesar Azpilikueta karyerasını bitirdi

Cesar Azpilikueta, Çelsinin sabiq ulduzu, futbol karyerasını başa vurdu. İspan müdafiəçi Sevilya klubundan ayrılır.

Rasim Bayramov
Müəllif:Rasim Bayramov- Senior Editor
|
0

İspaniyanın "Sevilya" klubunun futbolçusu Sezar Aspilikueta karyerasını başa vurub.

36 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, bu mövsümün peşəkar futbolçu kimi karyerasında sonuncu olacağını qeyd edib:

"Bu gün bu mövsümün peşəkar futbolçu kimi karyeramda sonuncu olacağını paylaşmaq istəyirəm. Uzun illər xəyalımı yaşadıqdan sonra həyatımda yeni bir səhifəyə başlamağın vaxtı gəldiyini hiss edirəm.

Bu ana özümü hazırlasam da, bu məktubu yazmaq mənim üçün asan olmadı. 20 mövsüm ərzində karyeramda bir çox insanın böyük rolu olub.

Pamplonada uşaq olarkən məktəb yoldaşlarımla top qovmağa başlayanda qarşıda məni bu qədər möhtəşəm bir səyahətin gözlədiyini xəyal belə edə bilməzdim. Qələbələrə, ağır məğlubiyyətlərə, çətinliklərə və ən əsası, bu yolda tanış olduğum insanlara, qazandığım dostluqlara görə hər an üçün minnətdaram.

Formasını geyindiyim "Osasuna", "Olimpik Marsel", "Çelsi", "Atletiko Madrid", "Sevilya" klublarındakı bütün komanda yoldaşlarıma, məşqçilərimə və heyətə, eləcə də ölkəmi ən böyük arenalarda təmsil etmək imkanına görə təşəkkür edirəm. Hər bir an mənim üçün çox dəyərli idi".

Xatırladaq ki, karyerasında uzun müddət İngiltərənin "Çelsi" klubunda çıxış edən futbolçu burada iki dəfə Premyer Liqanın, bir dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Digər Xəbərlər
Bu gün / 12:31
|
764

Rafael Leao DÇ-2026-da diskvalifikasiya riski

Rafael Leao Çili ilə yoldaşlıq oyununda qırmızı vərəqə alaraq DÇ-2026-nın qrup matçlarını buraxa bilər. Təfərrüatlar Bond.az-da.

0
Bu gün / 12:02
|
540

Zirə qapıçısı ilə yollarını ayırdı

Zirə futbol klubu 26 yaşlı braziliyalı qapıçı Tiaqu Silva ilə yollarını ayırdı. Silva 2023-cü ildən komandada çıxış edirdi.

0
Bu gün / 11:31
|
608

Nihat Kahveci: Azərbaycan minifutbolda yüksəlişdədir

Nihat Kahveci Azərbaycan minifutbolunun yüksəlişini və Avropa çempionatındakı qələbəsini şərh etdi.

0
Bu gün / 11:02
|
501

Marner Stenli Kubokunda rekord vurdu

Mitçell Marner Stenli Kubokunda ən sürətli het-trik edərək rekord qırdı. NHL xəbərləri.

0
Bu gün / 10:30
|
244

DÇ-2026: Ehtiyat oyunçulara qeyri-adi qərar

2026 DÇ-də isti hava səbəbindən ehtiyat oyunçulara paltardəyişmə otağından izləmə icazəsi - qeyri-adi qərar.

0
Bu gün / 09:02
|
398

Ronaldu antirekordunu təkrarladı

Kriştianu Ronaldu Portuqaliya millisində ardıcıl iki oyunda qol vura bilməyərək antirekordunu təkrarladı.

0
Bu gün / 09:01
|
359

Rudkovskaya oğlunun Azərbaycana keçidini təsdiqlədi

Yana Rudkovskaya oğlu Aleksandr Plyuşenkonun Azərbaycan pasportu aldığını təsdiqlədi. Fiqurlu konkisürən 5 il Azərbaycanı təmsil edəcək.

0
Bu gün / 08:31
|
878

Futbolu media idarə edir? - VİDEO

Futbolu meydan idarə edir, yoxsa media? Oxu.Az-ın TOP-al podkastında idman jurnalisti Ceyhun Rzayevlə müzakirə.

0
Bu gün / 07:01
|
362

NHL-də 72 illik rekord qırıldı

NHL-də Stenli Kuboku final seriyasında 72 illik rekord qırıldı. "Karolina" 39 saniyəyə 3 şayba vurdu.

0
Bu gün / 06:31
|
448

Mbappe məşqi tərk etdi

Kilian Mbappe zədə səbəbindən Fransa yığmasının məşqini tərk etdi. Yoldaşlıq oyununda istirahət verilə bilər.

0
Bu gün / 05:00
|
360

DÇ-2026: Xorvatiya 'Alovlular'ın hekayəsi

Xorvatiya millisinin DÇ-2026 hekayəsi: tarixi, uğurları, oyunçuları və gələcək planları.

0
Dünən / 23:02
|
264

Deşam: Hamını məğlub etməyə gedirik

Fransa millisinin baş məşqçisi Didye Deşam 2026 dünya çempionatı ilə bağlı hamını məğlub edəcəklərini iddia edib.

0
...
Cesar Azpilikueta karyerasını bitirdi | Bond.az