Ceyhun Sultanov "Araz-Naxçıvan" klubunun prezidenti təyin edilib.
Qərar İdarə Heyətinin iclasında qəbul olunub.
Yığıncaqda yeni mövsümə hazırlıq, akademiya komandalarının yenidən formalaşdırılması və transfer çalışmaları müzakirə edilib.
Futbolçu kimi "Neftçi", "Bakı", "Xəzər-Lənkəran", "Kəpəz" və İran klublarında oynayan Sultanov əvvəllər "Sumqayıt" və "Neftçi"də menecer işləyib.












