Serbiyalı tennisçi Novak Cokoviç Fransa Açıq çempionatının üçüncü mərhələsində braziliyalı Joao Fonseka ilə matç zamanı ciddi fizioloji problemlərlə üzləşib.
Oxu.Az bu barədə Sport24.ru-ya istinadən xəbər verir.
Mayın 29-da Cokoviç beş setdə Fonsekaya məğlub olub - 6:4, 6:4, 3:6, 5:7, 5:7. Oyun 4 saat 57 dəqiqə davam edib.
Beşinci setdə Cokoviç kortda qusub. 39 yaşlı serbiyalı tennisçi 2009-cu ildən bəri ilk dəfədir ki, Böyük Dəbilqə turnirinin 1/8 finalına vəsiqə qazana bilməyib.












