Bond.az White LogoBond.az Black Logo

Dağıstanlı döyüşçü: İdmanda məni azərbaycanlılarla çox şey bağlayır

Dağıstanlı döyüşçü Şara Bullet Azərbaycanda keçiriləcək UFC Fight Night-da qələbəyə inanır və azərbaycanlı azarkeşlərə səslənir.

Kamran Səfərov
Müəllif:Kamran Səfərov- Senior Editor
|
0

Azərbaycanlı azarkeşlərin məni dəstəkləyəcəklərinə əminəm. Bu sözləri "Pirat" ləqəbi ilə tanınan Şara Bullet qarşıdakı döyüş barədə danışarkən deyib.

O, azarkeşləri turnirə dəvət edib: "Döyüşə hazıram və iyunun 27-nə qədər tam ideal formada olacağam. Azərbaycanda parlaq qələbə qazanmağıma heç nə mane ola bilməz. Azərbaycan tamaşaçısı mənim üçün doğmadır. Azərbaycanda və ümumiyyətlə bütün Qafqazda insanlar mənə azarkeşlik edəcəklər. Mən Xəzər dənizinin 'piratıyam'. Məni dəstəkləyən hər kəsi arenaya dəvət edirəm. Qələbəni birlikdə qazanacağıq."

Keçən il UFC turnirinin Azərbaycanda keçiriləcəyi məlum olanda mən Dağıstanda təlim-məşq toplanışında idim. Dərhal menecerimlə əlaqə saxlayıb Bakıda döyüşmək istədiyimi bildirdim. Amma həmin vaxt alınmadı. Şadam ki, bu dəfə mümkün oldu.

Əminəm ki, budəfəki turnir daha yüksək səviyyədə keçəcək. Çünki artıq Azərbaycanın bu sahədə daha çox təcrübəsi var. Bakıda döyüşəcək əksər idmançılar ayaqüstü döyüşə üstünlük verirlər. Əsas döyüşdə Rafael Fiziyev çıxış edəcək. Deməli, azarkeşləri əsl şou gözləyir.

Mən həmişə döyüşü vaxtından əvvəl bitirməyə çalışıram. Bu dəfə də məqsədim budur. İstəyirəm ki, qalib elan olunanda rəqibim ayaq üstə dura bilməsin.

Mən azərbaycanlı döyüşçülərlə məşq etmişəm. Tez-tez Tailandda birlikdə məşq edirik, bir-birimizi dəstəkləyirik. Azərbaycanlı döyüşçü Əlövsət Məmiyev mənim dostumdur. İdmanda məni azərbaycanlılarla çox şey bağlayır. İdmanın gözəlliyi də elə bundadır. Çünki idman birləşdirir.

Xatırladaq ki, iyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq "UFC Fight Night"da orta çəkidə Şarabutdin "Şara Bullet" Maqomedov (Rusiya) braziliyalı Miçel Pereyra ilə üz-üzə gələcək.

Digər Xəbərlər
2026-07-05 21:31
|
773

Baloq qırmızıdan qurtuldu, oynayacaq

FIFA Baloqun qırmızı kart cəzasını şərti dayandırdı, ABŞ hücumçusu Belçikaya qarşı oynaya biləcək.

0
2026-07-05 21:03
|
333

Mixail Malkin dünya kuboku seriyasının qalibi oldu

Azərbaycanlı gimnast Mixail Malkin tamblinq üzrə dünya kuboku seriyasının qalibi oldu. AGF məlumat yayıb.

0
2026-07-05 20:01
|
499

Ronaldodan milyonları kədərləndirən açıqlama

Kriştianu Ronaldu 2026-cı il dünya çempionatının son mundialı olacağını açıqlayıb. Detallar Bond.az-da.

0
2026-07-05 19:31
|
757

Azərbaycan cüdoçuları 9 medalla qayıtdı

Azərbaycan cüdoçuları Praqada keçirilən Avropa Kubokunda 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazanaraq üçüncü oldu.

0
2026-07-05 17:31
|
532

Meksikalı futbolçular Rolex saatlarını qaytardı

Meksika milli futbol komandasının üzvləri amerikalı videobloqer tərəfindən hədiyyə edilən Rolex saatlarını geri qaytarıb.

0
2026-07-05 17:02
|
765

Messi 2026 Qızıl top favoriti

Lionel Messi 2026 Qızıl top mükafatının əsas favoriti seçildi. Argentina ulduzu Avropadan kənarda da bu mükafatı qazana bilər.

0
2026-07-05 17:01
|
434

Baccio, itirilən kubok və əbədi sual

Roberto Baccio, İtaliya futbolunun simvolu, 1994 Dünya Kuboku finalında penalti qaçıraraq tarixin ən kədərli anlarından birini yaşadı. Hekayəni oxuyun.

0
2026-07-05 16:31
|
853

Lekler Formula 1 Britaniya QP qalibi

Şarl Lekler Formula 1 üzrə Britaniya Qran-prisinin qalibi olub. Yarışın nəticələri və növbəti mərhələ haqqında məlumat.

0
2026-07-05 15:02
|
760

Qarabağ Borussiya Dortmund sabiq futbolçusunu transfer etdi

Qarabağ Borussiya Dortmundun sabiq futbolçusu Cebrail Makreçkisi transfer etdi. 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalandı.

0
2026-07-05 14:31
|
377

Zirə Kris Diqbeunu heyətinə qatdı

Zirə klubu Kot-d'İvuarlı yarımmüdafiəçi Kris Diqbeunu 4 illik müqavilə ilə heyətinə qatdı.

0
2026-07-05 14:01
|
748

Yeni güləş zalları istifadəyə verildi

Azərbaycanda Qazax və Mingəçevirdə yeni güləş zalları istifadəyə verilib, gənclər idmana cəlb olunur.

0
2026-07-05 13:00
|
835

ABŞ mundialda 600+ dron müsadirə etdi

ABŞ xüsusi xidmət orqanları dünya çempionatı zamanı 600-dən çox dron müsadirə edib. FTB məlumatı.

0
...