ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilən DÇ-2026, texnoloji yenilikləri ilə digər mundiallardan fərqlənir.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" nəşri məqalə dərc edib. Çempionat müasir texnologiyaların imkanlarını nümayiş etdirən qlobal platformaya çevrilib.
Turnirdə butslardan rəsmi toplara, hakim qərarlarının dəqiqliyini artıran rəqəmsal sistemlərdən azarkeş təcrübəsini zənginləşdirən innovasiyalara qədər bir çox yenilik tətbiq edilir.
Texnologiyaların futbola gətirilməsi prosesi əsasən elmi tədqiqat mərkəzlərində və universitetlərdə başlayır. Hazırda oyunçuların avtomatik izlənilməsi və matç boyu baş verən epizodların süni intellekt vasitəsilə təhlili ön plandadır.
FIFA-nın 2023-2027-ci illəri əhatə edən strateji planında da "rəqəmsal texnologiyalar və süni intellekt vasitəsilə azarkeş cəlbediciliyini artırmaq" əsas hədəflərdən biri kimi müəyyən edilib.
DÇ-2026-da tətbiq edilən əsas yeniliklər:
- Hakim bədən kameraları: Qol və ya mübahisəli qərar anlarında hakimlərin gördüyü mənzərəni azarkeşlərə nümayiş etdirir.
- Üçölçülü ofsayt animasiyaları: VAR yoxlamalarından sonra ofsayt vəziyyətlərinin izahında istifadə edilən 3D animasiyalar.
- Kənar xətt texnologiyası: Topun meydançanı nə vaxt tərk etdiyini dəqiq müəyyən edir.
- "AI Pro" analiz sistemi: 48 komanda süni intellekt əsaslı sistemdən istifadə edərək taktiki qiymətləndirmələr alır.
- "Adidas Trion" topu: Tarixdə ən az panelə sahib top, saniyədə 500 dəfə hərəkət məlumatı ötürür.
- Metamaterial butslar: 3D printerlərlə hazırlanan, ayağa mükəmməl uyğunlaşan butslar.












