Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya komandaları üz-üzə gəlib.
Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb. ABŞ-nin Kaliforniya ştatının İnqlvud şəhərində keçirilən matçda qollar ardıcıl olub.
7-ci dəqiqədə Yeni Zelandiyadan İlayca Cast hesabı açıb. 32-ci dəqiqədə İranlı Ramin Rezayan tarazlığı bərpa edib.
55-ci dəqiqədə yenə Cast fərqlənərək dubla imza atıb. Lakin 64-cü dəqiqədə Məhəmməd Moxebi İranı yenidən oyuna qaytarıb.












