2026-cı il futbol üzrə dünya çempionatının C qrupunda Mərakeş və Haiti milliləri qarşılaşıblar.
ABŞ-nin Atlanta şəhərindəki "Mercedes-Benz Stadium"da keçirilən görüş Mərakeşin 4:2 qələbəsi ilə başa çatıb.
Bu nəticə ilə Mərakeş 5 xalla qrup ikincisi olaraq pley-offa yüksəlib. Haiti isə 1 xalla sonuncu yerdə qalıb.
Qrupun digər oyununda Şotlandiya və Braziliya üz-üzə gəlib. Mayamidəki "Hard Rock" stadionunda keçirilən matçı meksikalı hakim Sesar Ramos idarə edib.
Braziliya 3:0 qalib gəlib. Vinisius Junior iki qol vurub, Mateus Kunya bir qol.
Braziliya 7 xalla qrup qalibi olub. Şotlandiya isə 3 xalla üçüncü pillədə qalıb.












