Futbol üzrə dünya çempionatının (DÇ-2026) qrup mərhələsinin ikinci turunda Kanada və Qətər yığmaları arasındakı matç kütləvi dava ilə başa çatıb.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, final fitindən dərhal sonra başlayan qarşıdurmaya həm oyunçular, həm də komanda nümayəndələri qoşulub.
Diqqətçəkən məqam odur ki, qalmaqal Kanada yığmasının baş məşqçisi Cessi Marş ilə Qətər komandasının məşqçisi Xulen Lopeteqi arasındakı mübahisədən sonra yaranıb.
Qeyd edək ki, Kanadanın Vankuver şəhərində keçirilən matç meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.












