Bond.az White LogoBond.az Black Logo

Devid Bekhem ilk milyarder idmançı

Devid Bekhem Böyük Britaniyanın ilk milyarder idmançısı oldu. Sərvəti 1.185 milyard funta çatan futbolçunun investisiyaları və karyerası haqqında.

Vüqar Həsənli
Müəllif:Vüqar Həsənli- Senior Editor
|
0

İngiltərə milli komandasının sabiq kapitanı Devid Bekhem Böyük Britaniya tarixində milyarder statusuna çatan ilk idmançı olub.

Oxu.Az xəbər verir ki, bu barədə nüfuzlu "The Times" nəşri məlumat yayıb.

51 yaşlı idmançı və onun həyat yoldaşı - müğənni və dizayner Viktoriya Bekhemin birgə sərvəti hazırda 1.185 milyard funt sterlinq dəyərində qiymətləndirilir. Qeyd olunur ki, məşhur cütlüyün maliyyə vəziyyəti təkcə son bir il ərzində iki dəfədən çox yaxşılaşıb.

"The Times" nəşrinin təhlilinə görə, bu kəskin artım, əsasən, Bekhemin 2018-ci ildən ortaq sahibi olduğu MLS təmsilçisi "İnter Mayami" klubuna etdiyi sərmayə ilə bağlıdır. Hazırda səkkizqat "Qızıl top" sahibi Lionel Messinin də çıxış etdiyi komandada Bekhemin payının dəyəri təxminən 300 milyon funt sterlinqə çatır.

Xatırladaq ki, "Forbes" jurnalının son milyarderlər siyahısında idmançılardan Maykl Cordan (4.3 milyard dollar), Mecik Conson (1.6 milyard dollar), Lebron Ceyms (1.4 milyard dollar), Tayqer Vuds (1.5 milyard dollar) və Rocer Federer (1.1 milyard dollar) yer alıblar.

Peşəkar karyerasını 2013-cü ildə başa vuran Bekhem "Mançester Yunayted", "Real", PSJ, "Milan" və "Los-Anceles Qelaksi" kimi nəhəng klubların formasını geyinib. O, İngiltərə, İspaniya və Fransa çempionatlarının, eləcə də Çempionlar Liqasının qalibi adlarını qazanıb.

Ulduz futbolçu İngiltərə yığmasının heyətində 115 matça çıxıb və altı il ərzində milli komandanın kapitan sarğısını daşıyıb.

Digər Xəbərlər
Bu gün / 10:30
|
675

Zaman səyahətçisi DÇ-2026 finalçılarını açıqladı

TikTok-da zaman səyahətçisi olduğunu iddia edən şəxs, 2026 Dünya Kuboku finalının görüntülərini yayımladı. Finalda Meksika qalib gələcək.

0
Bu gün / 10:01
|
260

İrandan FIFA-ya LGBT qadağası tələbi

İran milli yığması Misir matçında LGBT atributlarına qadağa üçün FIFA-ya müraciət edib. FIFA-dan LGBT qadağası tələbi ilə bağlı son xəbərlər.

0
Bu gün / 09:30
|
586

Rövlan Muradov "Araz-Naxçıvan"da

Rövlan Muradov "Araz-Naxçıvan"a keçdi. 1 illik müqavilə imzalayan yarımmüdafiəçi əvvəl "Qəbələ", "Sumqayıt", "Zirə" və Çexiya klublarında oynayıb.

0
Bu gün / 09:00
|
544

Azərbaycanda FIFA U-15 Dünya Çempionatı keçiriləcək

FIFA U-15 Dünya Çempionatı Azərbaycanda keçiriləcək. 22-31 oktyabr 2026 tarixlərində təşkil olunan turnir haqqında ətraflı məlumat.

0
Bu gün / 08:31
|
441

DÇ-2026 qalmaqalı: ABŞ İranın uçuşuna mane oldu

DÇ-2026 qalmaqalı: ABŞ İran millisinin Misirə uçuşuna süni maneələr yaratdı. İran Futbol Federasiyası ABŞ-ni ittiham edir.

0
Bu gün / 07:31
|
413

Hidayət Heydərov Çində fərqli çəkidə çıxış edəcək

Olimpiya çempionu Hidayət Heydərov Çində Qran-pri turnirində 81 kq çəki dərəcəsində yarışacaq. 17 cüdoçumuz mübarizə aparacaq.

0
Bu gün / 06:31
|
875

Meksikalı qapıçı Oçoa Messi və Ronalduya çatdı

Meksikalı qapıçı Qilyermo Oçoa 2026 dünya çempionatında iştirak edərək Messi və Ronaldu ilə rekord sayda turnirə çıxmaqda bərabərləşib.

0
Bu gün / 06:01
|
442

DÇ-2023: Həlledici gecədə hansı komandalar adlayacaq?

DÇ-2023-də bu gecə həlledici oyunlar: E, F, D qruplarında kimlər mərhələ keçəcək? Almaniya, ABŞ, Niderland - favoritlər.

0
Bu gün / 03:30
|
682

DÇ-2026: CAR da pley-offa yüksəldi

DÇ-2026 A qrupunda Meksika və CAR pley-offa vəsiqə qazandı. Cənubi Koreya ümidli, Çexiya isə evə qayıdır.

0
Bu gün / 01:01
|
819

DÇ-2026: Mərakeş və Braziliya pley-offda

DÇ-2026 C qrupunda Mərakeş Haiti 4-2 məğlub edib, Braziliya Şotlandiyanı 3-0 yendib. Mərakeş və Braziliya pley-offa yüksəlib.

0
Dünən / 21:30
|
818

DÇ-2026: Bosniya Qətəri, İsveçrə Kanadanı məğlub etdi

DÇ-2026 B qrupu: İsveçrə Kanadanı 2-1, Bosniya Qətəri 3-1 məğlub etdi. İsveçrə və Kanada pley-offa yüksəldi.

0
Dünən / 19:30
|
485

Sabah Universitatiya ilə bacarmadı

Sabah Rumıniyanın Universitatiya klubu ilə yoxlama oyununda 1:1 hesabı ilə bacarmadı. Növbəti oyunlar Ferentsvaroş və Polissya ilə.

0
...
Devid Bekhem ilk milyarder idmançı | Bond.az