Fransa yığmasının baş məşqçisi Didye Deşam dünya çempionatlarında ən çox qələbə qazanan məşqçi oldu.
O, İsveç üzərində 3:0 hesablı qələbə ilə 17-ci uğurunu əldə etdi. Bu göstərici ilə Helmut Şönü geridə qoydu.
Deşam 2012-ci ildən Fransa yığmasına rəhbərlik edir. Komanda onun rəhbərliyi altında dünya çempionatlarının qızıl və gümüş, Avropa çempionatlarının isə gümüş və bürünc medallarını qazanıb.












