Futbol dünya çempionatının üçüncü günü həyəcanlı qarşılaşmalarla doludur. Qrup mərhələsinin ilk turunda dörd maraqlı oyun keçiriləcək.
Günün ilk matçı B qrupunda Qətər və İsveçrə arasında olacaq. San-Fransisko Bay Arena stadionunda saat 23:00-da başlayacaq.
Gecə saat 02:00-da C qrupunda Braziliya Mərakeşlə qarşılaşacaq. Daha sonra Haiti və Şotlandiya saat 05:00-da üz-üzə gələcək.
Səhər saat 08:00-da isə D qrupunda Avstraliya Türkiyə ilə oynayacaq. Çempionat iyulun 19-da başa çatır.












