Azərbaycan avarçəkənləri Bolqarıstanda keçirilən Dünya Kubokunda bürünc medal qazanıblar.
12-14 iyun tarixlərində Plovdiv şəhərində baş tutan yarışda Ziya Məmmədzadə və Nurlan Paşayev cütlüyü yüngül çəkidə iki nəfərlik qayıqda 2000 metr məsafəni üçüncü yerdə tamamlayıb.
Bu nəticə ilə onlar bürünc medala layiq görülüblər.












