2012-ci il London Olimpiadasında basketbol üzrə ABŞ millisi ilə qızıl medal qazanan Ceyms Hardenə qanunsuz silah saxlama ittihamı irəli sürülüb.
TMZ portalının məlumatına görə, Harden Texas ştatında avtomobilində tapança ilə saxlanılıb. Silahın qabda deyil, açıq şəkildə olduğu bildirilir.
Basketbolçu zaminə buraxılıb, məhkəmə iclası iyunun 22-nə təyin edilib.
36 yaşlı Harden, 2014-cü il dünya çempionu olub və hazırda "Klivlend Kavalyerz" klubunda çıxış edir. Karyerası ərzində "Oklahoma", "Bruklin", "Filadelfiya" və "Los Anceles Klippers" klublarında oynayıb. 2018-ci ildə mövsümün ən dəyərli oyunçusu seçilib.












