Ağdam rayonunun Qaradağlı kəndində mağazaya ildırım düşüb. Nəticədə yanğın başlayıb.
İldırım kənd sakini Fikrət İbadova məxsus mağazaya düşüb. Alov tez yayılıb.
Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub. Onlar yanğının yaşayış evinə keçməsinin qarşısını alıblar.
Yanğının tam söndürülməsi üçün işlər davam edir.












