Bakıda keçirilən II Dünya Çövkən Çempionatında Azərbaycan milli komandası finalda Çili seçməsini 3:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.
Komandamız turnirdə bütün rəqibləri üstələyərək qızıl medal qazanıb.
Mükafatlandırma mərasimində medalları təqdim edənlər arasında Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və Beynəlxalq Çövkən Federasiyasının rəhbərliyi olub.
Üçüncü yeri Uruqvay tutub.












