DÇ-2026 C qrupunun ilk turunda Haiti və Şotlandiya üz-üzə gəlib.
ABŞ-nin Foksboro şəhərindəki "Gillette" stadionunda keçirilən oyunu əlcəzairli hakim Mustafa Qorbal idarə edib.
Qarşılaşma Şotlandiyanın minimalhesablı qələbəsi ilə başa çatıb - 1:0.
Yeganə qolu 29-cu dəqiqədə yarımmüdafiəçi Con Makginn vurub. O, cərimə meydançasının mərkəzindən zərbə ilə hesabı açıb.
C qrupunda Braziliya və Mərakeş arasındakı oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
II turda Şotlandiya Mərakeşlə, Haiti isə Braziliya ilə qarşılaşacaq. Hər iki oyun iyunun 20-nə təyin olunub.












