Bond.az White LogoBond.az Black Logo

Emin Mahmudov: "Qarabağ"a məğlubiyyət təsadüfi idi

Neftçi kapitanı Emin Mahmudov Qarabağa məğlubiyyətin təsadüfi olduğunu və komandanın hədəflərini açıqlayıb.

Rəşad Əhmədov
Müəllif:Rəşad Əhmədov- Senior Editor
|
0

"Turnir cədvəlində dördüncü yerə, Konfrans Liqasına düşməyimizə çox sevinə bilmərik".

Oxu.Az xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov "Report"a müsahibəsində deyib.

O bildirib ki, "Neftçi" daim çempionluq uğrunda yarışmalıdır: "Mövsümün əvvəlində mənə desəydilər ki, dördüncü yeri tutacağınıza sevinərsən? Cavabım "yox" olardı. Çünki biz daim çempionluq uğrunda yarışmalıyıq. Mövsümün əvvəlində belə bir başlanğıc edəcəyimiz ağlımıza belə gəlməzdi. Lakin iş elə gətirdi ki, dördüncü yerə görə müəyyən xoşbəxtlik yaşadıq. Çünki həqiqətən bir ara işlər qaydasında deyildi. Hədəflərimiz daha böyükdür. Hər il çempionluq uğrunda mübarizə aparmalıyıq. Bu komandaya gələn bütün futbolçular birinci yeri düşünməlidir. Əsas ilk pillənin sahibi olmaqdır. Futbolçular bu barədə yaxşı düşünməlidirlər".

Futbolçu eyni zamanda "Neftçi"nin "Sabah" və "Qarabağ" klubları ilə mübarizəsi haqqında da danışıb: "Əlbəttə ki, sabit çıxış etmək lazımdır. Cari mövsümün sonlarında necə sabit çıxış ediriksə, elə də davamı olmalıdır. Baxmayaraq ki, "Qarabağ"a 1:5 hesablı məğlubiyyətimiz oldu, heç vaxt təşvişə düşmədik. Komanda olaraq bu məğlubiyyəti unutmağa çalışdıq. Çünki bunun təsadüfi olduğuna inanırdıq. "Neftçi" belə asanlıqla 5 qol buraxan komanda deyil. Və nəticədə növbəti matçda qələbə qazandıq. Bu cür sabit çıxış edərək, uğurların arxasınca getməliyik. Heç kimə sirr deyil ki, hər dəfə bu komandaya uduzanda çox əsəbləşirdik. Düşünürdük ki, axı bizdə nədir çatışmayan? Nəyi düzgün etməmişik? Bu qələbə bizim üçün çox vacib idi. Və bir daha aydın oldu ki, hər komandanı məğlub etmək olar. Artıq növbəti görüşlərə daha güvənli çıxacağıq. Demirəm ki, hər oyunda "Qarabağ"ı udacağıq. Hər halda, bilirik ki, qələbə qazanmaq şansımız var".

Emin Mahmudov UEFA Konfrans Liqasında aparacaqları mübarizə barədə də fikirlərini bölüşüb: "Əvvəlcə yayda çox yaxşı təlim-məşq toplanışı keçməliyik. Çalışacağıq ki, maksimum nəticə göstərək və Liqa mərhələsinə vəsiqə qazanaq. Konfrans Liqasında bir mərhələ oynayıb, geri qayıtmaq bizə uyğun olmaz. Lakin sizə deyim ki, bu işlərdə bir az bəxt də lazımdır. Çünki təsnifat mərhələlərində hansı komandalarla qarşılaşacağımız bilinmir. Hələ ki bu barədə düşünmək tezdir. Hadisələrin axarı hər şeyi göstərəcək. Üstəlik, komandanın da heyəti tam formalaşmalıdır. Gedənlər və gələnlər bəlli olandan sonra bu barədə danışmaq və düşünmək olar. Üzərimizdə böyük məsuliyyət var. "Qarabağ"dan başqa uzun illərdir hansısa komandamız qrup mərhələsində (Liqa mərhələsini nəzərdə tutur - red.) çıxış etmir. Bu uğura nail olmaq istəyirik. Bu uğura da addım-addım irəliləməliyik. Dünya futbolunda da belə bir praktika var ki, komanda nə qədər yaxşı vəziyyətdə olsa da, hər zaman heyət dəyişir, yenilənir, yeni futbolçular gəlir. Yeni futbolçulara hər zaman ehtiyac var. Çünki yeni motivasiyalı futbolçular komandaya hər zaman xeyir verə bilərlər".

Xatırladaq ki, bu mövsüm Misli Premyer Liqasında dördüncü yerdə qərarlaşan "Neftçi" klubu "Sabah"ın Azərbaycan Kubokunu qazanmasından sonra UEFA Konfrans Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.

Digər Xəbərlər
2026-07-05 21:31
|
773

Baloq qırmızıdan qurtuldu, oynayacaq

FIFA Baloqun qırmızı kart cəzasını şərti dayandırdı, ABŞ hücumçusu Belçikaya qarşı oynaya biləcək.

0
2026-07-05 21:03
|
333

Mixail Malkin dünya kuboku seriyasının qalibi oldu

Azərbaycanlı gimnast Mixail Malkin tamblinq üzrə dünya kuboku seriyasının qalibi oldu. AGF məlumat yayıb.

0
2026-07-05 20:01
|
499

Ronaldodan milyonları kədərləndirən açıqlama

Kriştianu Ronaldu 2026-cı il dünya çempionatının son mundialı olacağını açıqlayıb. Detallar Bond.az-da.

0
2026-07-05 19:31
|
757

Azərbaycan cüdoçuları 9 medalla qayıtdı

Azərbaycan cüdoçuları Praqada keçirilən Avropa Kubokunda 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazanaraq üçüncü oldu.

0
2026-07-05 17:31
|
532

Meksikalı futbolçular Rolex saatlarını qaytardı

Meksika milli futbol komandasının üzvləri amerikalı videobloqer tərəfindən hədiyyə edilən Rolex saatlarını geri qaytarıb.

0
2026-07-05 17:02
|
765

Messi 2026 Qızıl top favoriti

Lionel Messi 2026 Qızıl top mükafatının əsas favoriti seçildi. Argentina ulduzu Avropadan kənarda da bu mükafatı qazana bilər.

0
2026-07-05 17:01
|
434

Baccio, itirilən kubok və əbədi sual

Roberto Baccio, İtaliya futbolunun simvolu, 1994 Dünya Kuboku finalında penalti qaçıraraq tarixin ən kədərli anlarından birini yaşadı. Hekayəni oxuyun.

0
2026-07-05 16:31
|
853

Lekler Formula 1 Britaniya QP qalibi

Şarl Lekler Formula 1 üzrə Britaniya Qran-prisinin qalibi olub. Yarışın nəticələri və növbəti mərhələ haqqında məlumat.

0
2026-07-05 15:02
|
760

Qarabağ Borussiya Dortmund sabiq futbolçusunu transfer etdi

Qarabağ Borussiya Dortmundun sabiq futbolçusu Cebrail Makreçkisi transfer etdi. 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalandı.

0
2026-07-05 14:31
|
377

Zirə Kris Diqbeunu heyətinə qatdı

Zirə klubu Kot-d'İvuarlı yarımmüdafiəçi Kris Diqbeunu 4 illik müqavilə ilə heyətinə qatdı.

0
2026-07-05 14:01
|
748

Yeni güləş zalları istifadəyə verildi

Azərbaycanda Qazax və Mingəçevirdə yeni güləş zalları istifadəyə verilib, gənclər idmana cəlb olunur.

0
2026-07-05 13:00
|
835

ABŞ mundialda 600+ dron müsadirə etdi

ABŞ xüsusi xidmət orqanları dünya çempionatı zamanı 600-dən çox dron müsadirə edib. FTB məlumatı.

0
...