Fərman Həsənov UFC Bakı turnirində ABŞ təmsilçisi Erik Nolanı məğlub edərək qələbə sevinci yaşadı.
O, Azərbaycanda ilk döyüşünü keçirməkdən qürur duyduğunu bildirdi: "Bütün Azərbaycan xalqına təşəkkür edirəm. Başımı qaldırıb yuxarı baxanda millətimi görəndə ancaq qələbə barədə düşünürdüm."
Fərman döyüşü vaxtından əvvəl bitirmək istədiyini, lakin xəstəlik səbəbindən bunun mümkün olmadığını qeyd etdi. "Üç raundda qalib gəldim. İbrahim müəllimə təşəkkür edirəm, böyük dəstək oldu."
Döyüşdə teykdaunlarla dominantlıq etdiyini vurğulayan Fərman, səhvləri üzərində işləyəcəyini bildirdi. "UFC ilə dörd döyüşlük müqaviləm var. Qalan üçünü də qazanmaq istəyirəm. ABŞ-da Azərbaycan yeməkləri olmadığı üçün həmişə buraya qayıdıram."
Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziyev Manuel Torreslə qarşılaşacaq, Nazim Sadıxov isə Mateus Kamilo ilə döyüşəcək.












