Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatında (DÇ-2026) vuvuzelaların istifadəsini qadağan edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Sportsnet" telekanalı məlumat yayıb.
Məlumata görə, vuvuzelalardan başqa fitlərə, buynuzlara və yüksək səs çıxaran digər əşyalara da qadağa şamil ediləcək.
12 sm-dən böyük musiqi alətlərinin stadionlara gətirilməsi turnirin təşkilatçıları ilə əvvəlcədən yazılı razılaşma tələb edəcək.
Vuvuzela 2010-cu ildə CAR-da keçirilən dünya çempionatında populyarlıq qazanmış uzun, trubaya bənzər bir alətdir. Yüksək səsinə görə bir çox idman tədbirində qadağan edilib.
DÇ-2026 iyunun 11-dən iyulun 19-dək keçiriləcək və ilk dəfə 48 komanda iştirak edəcək.












