FIFA 2026-cı il dünya çempionatının rəsmi himni təqdim olunub.
Oxu.Az xəbər verir ki, DNA adlı kompozisiya turnir başlamazdan öncə FIFA World Cup platformalarında yayımlanıb.
Mahnı məşhur italyan tenor Andrea Boçelli, fransız DJ David Quetta, amerikalı repçi Megan Thee Stallion və EJAE tərəfindən ifa edilib.
DNA klassik vokalı müasir elektron musiqi ilə birləşdirir. Premyera ABŞ, Kanada və Meksikada keçiriləcək 2026 DÇ-ə hazırlıq çərçivəsində baş tutub.












