FIFA prezidenti Canni İnfantino ABŞ prezidenti Donald Trampa 2026-cı il dünya çempionatının final matçına bilet hədiyyə edib.
Ağ Evin illik maliyyə hesabatına görə, Tramp İst-Raterfordda keçiriləcək oyun üçün ümumi dəyəri 15 min dollar olan 10 bilet alıb.
Final biletlərinin satışı davam edir. Ən bahalı bilet 42 min, ən ucuzu isə 12 min dollardır.
DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək.












