UFC Fight Night Baku turnirinin bonus sahibləri məlum olub.
Oxu.Az xəbər verir ki, 'Gecənin performansı' bonusuna dörd döyüşçü layiq görülüb: Rafael Fiziyev, Asu Almabayev, Abdul Rahman Yahyayev və Daniil Donçenko.
Onların hər biri 100 min ABŞ dolları mükafat qazanıb.
Bundan əlavə, döyüşü vaxtından əvvəl bitirən, lakin 'Gecənin performansı' bonusunu qazanmayan hər döyüşçüyə 25 min ABŞ dolları əlavə mükafat verilib.












