İspaniyanın "Valensiya" klubunun futbolçusu Larci Ramazaninin evi oğrular tərəfindən qarət edilib.
Hadisə La Liqanın XXXVIII turunda komandanın "Barselona"ya qarşı oyunu zamanı baş verib. Oğrular futbolçunun meydanda olduğundan istifadə edib.
Pəncərədən daxil olan oğrular nağd pul və qızıl-zinət əşyalarını aparıb. Ziyanın 100 min avro olduğu bildirilir.
Ramazani, "Lids Yunayted"dən icarə əsasında "Valensiya"da oynayır.












