Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu Avstraliyaya 2:0 məğlubiyyəti şərh etdi.
“Fanatik” nəşrinə danışan ulduz futbolçu “bəzən ayağa qalxmaq üçün şillə yemək yaxşıdır” dedi.
“Heç kimin gözləmədiyi nəticə oldu. Rəqib iki uzun ötürmə ilə iki qol vurdu. Biz isə yaratdığımız qol imkanlarından yararlana bilmədik. Onlar yalnız əks-hücum futbolu oynadılar. Lazımsız qollar buraxdıq. Qarşıda hələ iki oyunumuz var, heç nə bitməyib”, - deyə “İnter”in yarımmüdafiəçisi bildirib.
Türkiyə millisi qrup mərhələsinin II turunda iyunun 20-də Paraqvay, III turunda isə iyunun 26-da ABŞ yığması ilə qarşılaşacaq.












