Azərbaycan II Liqasının pley-off mərhələsində "Biləsuvar" - "Ağstafa Gəncləri" qarşılaşmasından sonra gərgin anlar yaşanıb.
Yevlax şəhər stadionunda keçirilən oyunda "Biləsuvar" 0:3 hesabı ilə məğlub olub. Matçdan sonra bəzi azarkeşlər futbolçulara etiraz edərək sərt ifadələr işlədib.
Bu səbəbdən oyunçularla azarkeşlər arasında mübahisə yaranıb. Futbolçular tribunaya yaxınlaşarkən vəziyyət qısa müddətdə gərginləşib.
Hadisə yerinə nəzarət edən polis əməkdaşları və digər şəxslərin müdaxiləsi nəticəsində insident böyümədən aradan qaldırılıb.












