İmişli futbol klubu baş məşqçi postuna Fərid Namazovu təyin edib.
Oxu.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, gənc mütəxəssislə 1 illik müqavilə imzalanıb.
UEFA PRO kateqoriyalı məşqçi karyerası ərzində Qarabağ, Səbail, həmçinin Azərbaycanın aşağı yaş qrupları və U-21 milli komandalarında çalışıb.
Qeyd edək ki, Fərid Namazov İmişli üçün yad sima deyil. Məhz onun rəhbərliyi altında komanda 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.












