İranda Kerman şəhər polisi, türkmənəsilli məşhur futbolçu Sərdar Azmunun lüks "Porsche" markalı avtomobilini müsadirə etdiyini açıqlayıb.
Oxu.Az bu barədə "Azad İran" Telegram kanalına istinadən xəbər verir.
Kerman Polis İdarəsinin rəisi Əkbər Nəcəfi bildirib ki, avtomobil xüsusi nəzarət qrupları tərəfindən şəhər daxilində aşkar edilib.
İran məhkəməsi əvvəlcədən Azmunun "düşmənlə əməkdaşlıq" ittihamı ilə aktivlərinin müsadirəsinə qərar vermişdi.
Futbolçunun sosial media paylaşımları və ictimai mövqeyi onun milli komandadakı karyerasına təsir edib. O, 2026-cı il dünya çempionatında iştirak edə bilməyib.












