Niderland millisinin baş məşqçisi Ronald Kuman DÇ-2026-dan sonra tənqidlərə cavab verib.
O, komandasının müdafiədə beş oyunçu ilə çıxış etməsinə baxmayaraq, yenə də tənqid olunduğunu bildirib.
"Bütün Niderland beş müdafiəçi ilə oynamalı olduğumuzu deyirdi. Biz müdafiədə beşliklə çıxış etdik, lakin yenə də tənqid olunduq. Bir daha təkrar edirəm: tənqidlərə əhəmiyyət vermirəm", - deyə Kuman bildirib.
Niderland millisi turniri 1/16 finalda başa vurub. Əsas vaxt 1:1 bitən matçda penaltilər seriyasında Mərakeşə 3:4 hesabı ilə məğlub olub.












