Azərbaycan yığmasının hücumçusu Mahir Emreli Almaniya klubu "Kayzerslautern"dən ayrılır.
O, artıq özünə yeni komanda axtarır. Səbəb baş məşqçi Torsten Liberknextin ona az oyun şansı verməsidir.
Müqaviləsi 2028-ci ilin yayına qədər davam edən futbolçu əsasən icarəyə getmək istəyir. Agent hazırda axtarışları davam etdirir.
Mahirin Polşaya dönmə ehtimalı da var. O, 2021-22 mövsümündə parladığı "Legiya"ya qayıda bilər.












