Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe DÇ-2026-nın qrup mərhələsində İraq yığmasına qarşı oyunda tarix yazdı.
Oxu.Az xəbər verir ki, o, qarşılaşmanın ən yaxşı oyunçusu seçilib. ABŞ-nin Filadelfiya şəhərində baş tutan oyun fransızların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Mbappe dubl edərək, dünya çempionatları karyerasındakı 15-ci və 16-cı qollarını vurub. Bu nəticə ilə o, əfsanəvi braziliyalı Ronaldonu (15 qol) geridə qoyub və Miroslav Kloze (16 qol) ilə ikinci pilləni bölüşüb.
Mütləq rekord isə Lionel Messiyə (18 qol) məxsusdur. Mbappe həmçinin milli komandada 100-cü matçına çıxaraq qol sayını 60-a çatdırıb.












