Milli komandamızın oyunçusu Məhəmməd Xəlilov Çexiya ilə qarşılaşma barədə danışıb.
“Çexiya millisi Qazaxıstan kimi güclü kollektivdir. Oyuna yaxşı hazırlaşacağıq”, - deyə o bildirib.
Xəlilov 1/8 finalda Qazaxıstana qarşı qələbəni Azərbaycan xalqına həsr etdiklərini qeyd edib.
“Oyun çətin keçəcəyini bilirdik, lakin qalib gəldik. Azarkeşlərin dəstəyi bizə güc verir”, - deyə futbolçu əlavə edib.












