Bond.az White LogoBond.az Black Logo

Meksikalı qadın futbolçu müəmmalı öldü

Meksikalı qadın futbolçu İzabel Akosta Ernandes 19 yaşında müəmmalı şəkildə ölüb. Sinaloa ştatında evində huşsuz tapılan qapıçının ölüm səbəbi araşdırılır.

Günel Kərimova
Müəllif:Günel Kərimova- Senior Editor
|
0

Meksikada qadın futbolçu İzabel Akosta Ernandes müəmmalı şəraitdə dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə "Need To Know" məlumat yayıb.

Sinaloa ştatının Masatlan şəhərində yaşayan 19 yaşlı idmançı iyunun 9-da öz evində huşsuz vəziyyətdə aşkarlanıb. Çağırış üzrə gələn tibb işçiləri qızın həyatını xilas edə bilməyiblər. Hüquq-mühafizə orqanları meyitdə hər hansı zorakılıq və ya boğulma izinə rast gəlməyiblər.

Müstəntiqlər onun qaldığı ərazini nəzarətə götürsələr də, hadisə ilə bağlı saxlanılanlar barədə məlumat yoxdur.

Qapıçı mövqeyində çıxış edən Ernandes bir müddət əvvəl ölkə çempionatının üçüncü divizyonunda mübarizə aparan "Obson Dinamo" komandasına transfer olunub.

Qadın futbolçunun ölümü ilə bağlı dəqiq səbəblər hələ də naməlum olaraq qalır.

"Need To Know" qeyd edir ki, hazırda Sinaloa ştatının rəhbərliyi ərazidə cinayətkar qruplaşmaların fəallaşması səbəbindən təhlükəsizlik tədbirlərini artırıb. Lakin futbolçunun ölümünün kriminal hadisələrlə əlaqədar olmadığı bildirilir.

Digər Xəbərlər
Bu gün / 00:30
|
702

DÇ-2026: Holanddan dubl, Norveçdən darmadağın

DÇ-2026 I qrupunda Norveç İraqı 4:1 məğlub etdi, Holand 2 qol vurdu.

0
Dünən / 22:01
|
608

Rəşad Sadıqov: Rəqib çox təcrübəlidir

Zirə klubunun baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasında Torpedoya qarşı oyun barədə fikirlərini bildirib.

0
Dünən / 21:30
|
308

Mbappe Fransa millisinin tarixinə düşdü

Kilian Mbappe Fransa millisinin tarixində ən çox qol vuran oyunçu oldu. Seneqalla oyunda dubl edərək rekordunu 58 qola yüksəltdi.

0
Dünən / 20:31
|
664

Kürasao millisi Ginnes Rekordunda

Kürasao millisi 2026 Dünya Kubokuna vəsiqə qazanan ən az əhaliyə malik ölkə olaraq Ginnes Rekordlarına girdi. Ətraflı məlumat Bond.az-da.

0
Dünən / 20:30
|
512

Topuriyanın göz yuvasında sınıq aşkarlandı

UFC keçmiş çempionu İliya Topuriyanın göz yuvasında sınıq aşkarlandı. Castin Qeyci ilə döyüşdən sonra hər iki göz yuvasında yerdəyişməsiz sınıq diaqnozu qoyulub.

0
Dünən / 15:31
|
673

"Qarabağ"ın Avropa Liqasında rəqibi "Vestri"

"Qarabağ"ın UEFA Avropa Liqası I təsnifat mərhələsindəki rəqibi "Vestri" (İslandiya) müəyyənləşdi. İlk oyun evdə.

0
Dünən / 12:02
|
837

Nyu-Yorkda Argentina və Əlcəzair azarkeşləri toqquşdu

Nyu-Yorkda Argentina və Əlcəzair azarkeşləri arasında toqquşma olub, polis müdaxilə edib. Ən azı bir nəfər saxlanılıb.

0
Dünən / 10:30
|
702

Ana və oğul eyni dünya çempionatında oynadı

Futbol tarixində ilk dəfə ana və oğul eyni dünya çempionatında oynadı. Cenni Bindon və oğlu Tayler Bindonun hekayəsi.

0
Dünən / 09:32
|
405

Neymarın ailəsinə xoş xəbər

Neymar və Bruna Biyankardi üçüncü övladlarını gözləyir. Futbolçu qız övladı olacağını açıqlayıb.

0
Dünən / 08:31
|
930

Sabah-ın rəqibi bu gün püşkatmada bəlli olacaq

Sabah-ın UEFA Çempionlar Liqası I təsnifat mərhələsindəki rəqibi bu gün püşkatma ilə bəlli olacaq. Potensial rəqiblər və oyun tarixləri.

0
Dünən / 07:00
|
380

Zirə Avropa səyahətinə başlayır: rəqib bu gün müəyyənləşir

Zirənin UEFA Konfrans Liqası rəqibi bu gün püşkatma ilə müəyyənləşir. Potensial rəqiblər və oyun tarixləri haqqında məlumat.

0
Dünən / 05:00
|
271

DÇ-2026: Fransa və Argentina meydana çıxır

DÇ-2026 qrup mərhələsində Fransa-Seneqal, İraq-Norveç, Argentina-Əlcəzair və Avstriya-İordaniya matçları baş tutacaq.

0
...