Dünya futbolunun əfsanəsi Lionel Messi 2026-cı il üçün idman sahəsində nüfuzlu "Asturiya şahzadəsi" mükafatını qazanıb.
Bu barədə Asturiya Şahzadəsi Fondunun rəsmi saytında məlumat dərc olunub.
Argentinalı ulduzun mükafata layiq görülməsində meydandakı uğurları, xeyriyyəçilik fəaliyyəti və UNİSEF səfirliyi vurğulanıb.
38 yaşlı Messinin namizədliyi "Vetusta Universidad de Oviedo Triatlon" klubunun prezidenti tərəfindən irəli sürülüb.
"Asturiya şahzadəsi" İspaniyada təsis edilmiş beynəlxalq mükafatdır. Təqdimat mərasimi oktyabrda keçiriləcək.












