Argentina millisinin və "İnter Mayami"nin ulduzu Lionel Messinin atası Xorxe Messinin səhhəti ilə bağlı yayılan şayiələrə ailə rəsmi açıqlama verib.
Oxu.Az xəbər verir ki, bəyanat "The Touchline"ın "X" səhifəsində dərc olunub. Bildirilib ki, Xorxe hazırda həkim nəzarətindədir və vəziyyətində müsbət irəliləyiş var.
Ailə, şayiələrin yayılmasından narahatdır və məsələnin şəxsi olduğunu vurğulayıb. Dəqiq məlumatın yalnız yaxın ailə üzvlərində olduğu qeyd edilib.
Bəyanatda hər kəsi məsuliyyətli davranmağa çağırılır: "İnsan sağlamlığı spekulyasiya mövzusu olmamalıdır".












