Argentina millisinin ulduzu Lionel Messi, DÇ-2026-nın ən yaxşı bombardirləri siyahısında liderliyi ələ alıb.
1/16 finalda Kabo-Verdeyə qarşı oyunda (3:2 əlavə vaxtda) fərqlənən Messinin 7 qolu var. O, İsveçə qarşı dubl edən Kilian Mbappenin 6 qolunu geridə qoyub.
DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyulun 19-da başa çatacaq.












