Bond.az White LogoBond.az Black Logo

Messi taxtını qoruyacaq, yoxsa Ronaldu arzularına çatacaq? - Tarixi turnirə geri sayım başladı

Messi və Ronaldu 2026 Dünya Çempionatında qarşılaşır? Yeni format, ev sahibləri, favoritlər və Türkiyə. Tarixi turnirə geri sayım başladı.

Dəniz Yusifli
Müəllif:Dəniz Yusifli- Editor
|
0

Futbol dünyası növbəti böyük bayrama hazırlaşır. Planetin ən populyar idman növünün zirvə yarışı olan dünya çempionatı tarixdə ilk dəfə üç ölkənin - ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək. Turnir həm təşkilatçılıq, həm format, həm iştirakçı sayı, həm də gözləntilər baxımından fərqlənir. Azarkeşləri bir aydan artıq davam edəcək möhtəşəm tamaşa gözləyir.

1930-cu ildə Uruqvayda keçirilən ilk dünya çempionatında cəmi 13 komanda iştirak etmişdi. 96 il sonra bu rəqəm 48-ə yüksəlir. FIFA-nın qərarına əsasən, mundialda 12 qrup olacaq və ümumilikdə 104 oyun keçiriləcək. Bu, əvvəlki turnirlərlə müqayisədə 40 əlavə matç deməkdir. Turnirin müddəti də uzanıb və futbol bayramı bir aydan artıq davam edəcək.

FIFA bu addımı futbolun qloballaşması ilə əsaslandırır. Daha çox ölkə mundial həyəcanını yaşayacaq, yeni bazarlar yaranacaq, futbolun inkişafı sürətlənəcək. Yeni format xüsusilə Afrika, Asiya və Şimali Amerika təmsilçilərinin sayının artmasına səbəb olub. Özbəkistan, Kurasau kimi ölkələr ilk dəfə mundial atmosferini hiss edəcək. Tənqidçilər isə hesab edirlər ki, iştirakçı sayının artırılması bəzi oyunların keyfiyyətinə mənfi təsir göstərə bilər. Yeni formatın uğurlu olub-olmadığını yalnız turnir başa çatdıqdan sonra qiymətləndirmək mümkün olacaq.

ABŞ, Kanada və Meksika tarixdə ilk dəfə birlikdə dünya çempionatına ev sahibliyi edəcəklər. Turnir 16 şəhərdə keçiriləcək. Açılış oyunu əfsanəvi "Azteka" stadionunda baş tutacaq, final isə Nyu-Cersi ştatındakı "MetLife"da keçiriləcək. Turnir tarixdə ən böyük logistika sınaqlarından biri olacaq. Şəhərlər arasındakı məsafələr min kilometrlərlə ölçülür. Vankuverlə Mayami arasında təqribən 4500 kilometr məsafə var. FIFA qrupları regional prinsiplə formalaşdırmağa çalışıb ki, iştirakçılar az səyahət etsinlər. Uzun uçuşlar, fərqli saat qurşaqları və müxtəlif iqlim şəraiti nəticələrə təsir edə biləcək amillərdir.

Bu mundial həm də Şimali Amerika futbolunun inkişaf səviyyəsinin göstəricisi olacaq. ABŞ son illərdə futbola böyük investisiyalar yatırıb. Lionel Messi və digər ulduzların MLS-ə gəlişi liqaya marağı artırıb. Meksika üçün turnir xüsusi əhəmiyyət daşıyır - ölkə üçüncü dəfə dünya çempionatına ev sahibliyi edərək rekord qıracaq. Kanada isə ilk dəfə belə böyük futbol hadisəsinin mərkəzinə çevriləcək.

2022-ci ildə Qətərdə Argentina dünya çempionu oldu. Lionel Messi, nəhayət, çatışmayan kuboku qazandı. İndi argentinalılar uğurun təsadüfi olmadığını göstərməyə çalışacaqlar. Sonuncu dəfə titulunu qoruyan komanda 1962-ci ildə Braziliya olub. Messi karyerasında 6-cı mundialında iştirak edəcək. O artıq 4 il öncəki deyil, lakin Argentina komandası tamamilə ondan asılı görünmür. Kollektiv son illərdə sabit və xarakterli oyun nümayiş etdirir. Argentina yenidən final uğrunda mübarizə aparacaq gözlənilir.

Son dörd dünya çempionatının üçündə kubok Avropaya gedib. Fransa, İspaniya, İngiltərə və Portuqaliya əsas favoritlərdir. Fransa ən zəngin heyətlərdən birinə malikdir, Kilian Mbappe komandanın lideridir. İngiltərə illərdir gözlənilən uğuru əldə etməyə çalışır. Son Avropa çempionu İspaniya yeni nəsillə qayıtmaq arzusundadır. Portuqaliyada Kriştiano Ronaldo karyerasında 6-cı mundialını keçirəcək. Portuqaliyanın güclü heyəti Ronaldonun arzusuna çatması üçün imkan yaradır.

Braziliya sonuncu dəfə 2002-ci ildə dünya çempionu olub. Bu dəfə ümidlər baş məşqçi Karlo Ançelottiyə bağlanıb. Vinisius Junior, Endrik, Rafinya kimi futbolçular ümid verir. Neymarın mundialdakı son çıxışı da maraqlı olacaq. Türkiyə 24 il sonra mundialda iştirak edəcək. Arda Güler, Kenan Yıldız, Orkun Kökçü kimi gənc istedadlar ümid yaradıb. Türkiyə 2002-ci ildə əldə olunan tarixi üçüncülükdən sonra ən iddialı kollektivlərdən biridir. Azərbaycanlı azarkeşlər üçün qardaş ölkənin iştirakı marağı artırır.

İyunun 11-dən iyulun 19-dək milyonlarla insanın gündəlik həyatı futbolun ritmi ilə döyünəcək. Sevinc, göz yaşı, qəhrəmanlıq və məyusluq eyni səhnədə yer alacaq. Çünki dünya çempionatı sadəcə futbol turniri deyil - bu, futbolun özüdür.

Digər Xəbərlər
2026-07-05 21:31
|
773

Baloq qırmızıdan qurtuldu, oynayacaq

FIFA Baloqun qırmızı kart cəzasını şərti dayandırdı, ABŞ hücumçusu Belçikaya qarşı oynaya biləcək.

0
2026-07-05 21:03
|
333

Mixail Malkin dünya kuboku seriyasının qalibi oldu

Azərbaycanlı gimnast Mixail Malkin tamblinq üzrə dünya kuboku seriyasının qalibi oldu. AGF məlumat yayıb.

0
2026-07-05 20:01
|
499

Ronaldodan milyonları kədərləndirən açıqlama

Kriştianu Ronaldu 2026-cı il dünya çempionatının son mundialı olacağını açıqlayıb. Detallar Bond.az-da.

0
2026-07-05 19:31
|
757

Azərbaycan cüdoçuları 9 medalla qayıtdı

Azərbaycan cüdoçuları Praqada keçirilən Avropa Kubokunda 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazanaraq üçüncü oldu.

0
2026-07-05 17:31
|
532

Meksikalı futbolçular Rolex saatlarını qaytardı

Meksika milli futbol komandasının üzvləri amerikalı videobloqer tərəfindən hədiyyə edilən Rolex saatlarını geri qaytarıb.

0
2026-07-05 17:02
|
765

Messi 2026 Qızıl top favoriti

Lionel Messi 2026 Qızıl top mükafatının əsas favoriti seçildi. Argentina ulduzu Avropadan kənarda da bu mükafatı qazana bilər.

0
2026-07-05 17:01
|
434

Baccio, itirilən kubok və əbədi sual

Roberto Baccio, İtaliya futbolunun simvolu, 1994 Dünya Kuboku finalında penalti qaçıraraq tarixin ən kədərli anlarından birini yaşadı. Hekayəni oxuyun.

0
2026-07-05 16:31
|
853

Lekler Formula 1 Britaniya QP qalibi

Şarl Lekler Formula 1 üzrə Britaniya Qran-prisinin qalibi olub. Yarışın nəticələri və növbəti mərhələ haqqında məlumat.

0
2026-07-05 15:02
|
760

Qarabağ Borussiya Dortmund sabiq futbolçusunu transfer etdi

Qarabağ Borussiya Dortmundun sabiq futbolçusu Cebrail Makreçkisi transfer etdi. 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalandı.

0
2026-07-05 14:31
|
377

Zirə Kris Diqbeunu heyətinə qatdı

Zirə klubu Kot-d'İvuarlı yarımmüdafiəçi Kris Diqbeunu 4 illik müqavilə ilə heyətinə qatdı.

0
2026-07-05 14:01
|
748

Yeni güləş zalları istifadəyə verildi

Azərbaycanda Qazax və Mingəçevirdə yeni güləş zalları istifadəyə verilib, gənclər idmana cəlb olunur.

0
2026-07-05 13:00
|
835

ABŞ mundialda 600+ dron müsadirə etdi

ABŞ xüsusi xidmət orqanları dünya çempionatı zamanı 600-dən çox dron müsadirə edib. FTB məlumatı.

0
...
Messi taxtını qoruyacaq, yoxsa Ronaldu arzularına çatacaq? - T...