"Milan"ın və Xorvatiya millisinin ulduz yarımmüdafiəçisi Luka Modriç futbolçu karyerasını başa vurmağa hazırlaşır.
Tanınmış insayder Nikolo Şkiraya görə, 40 yaşlı xorvatiyalı bu qərarı 2026-cı il dünya çempionatından sonra verəcək. Beləliklə, ABŞ, Kanada və Meksikada keçiriləcək mundial onun son böyük turniri olacaq.
Ötən həftələrdə Modriçin "Milan"la müqaviləni uzatmayacağı və köhnə klubu "Real Madrid"ə qayıda biləcəyi barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, Xorvatiya DÇ-2026-da İngiltərə, Panama və Qana ilə L qrupunda mübarizə aparacaq.












